Serbiyalı məşqçi "Neftçi" ilə matçı dəyərləndirdi

Serbiyanın "Srvena Zvezda" klubunun baş məşqçisi Miloş Miloyeviç Antalya toplanışı çərçivəsində "Neftçi"yə qarşı keçirdikləri yoxlama oyunundan sonra fikirlərini bildirib.

Newsport.az-ın məlumatına görə,, serbiyalı mütəxəssis "ağ-qaralar"la görüşdə az oynayan oyunçulara şans verdiyini deyib:

"Oyunu qazanmaq gözəldir. 60 dəqiqə meydanda qalan futbolçular yaxşı işlədilər. Asan olmadı. Ehtiyacımız olan mentaliteti və intensivliyi göstərdik. Çoxlu şanslarımız oldu. Az şans qazanan futbolçular da oynadı. Onlar bu komanda üçün oynamaqdan həzz almaq imkanı əldə etdilər".





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right