Premyer Liqa və I Divizion hakimləri üçün seminar keçirilir

AFFA-nın təşkilatçılığı ilə Misli Premyer Liqası və Birinci Divizion hakimləri üçün seminarı keçirilir. 

Newsport.az-ın məlumatına görə, Hakimlər Komitəsinin sədri Barış Şimşekin rəhbərliyi ilə keçirilən və dörd gün davam edəcək seminarda UEFA hakimlərinin baş məşqçisi, professor Verner Helsen, təhsil üzrə mütəxəssis Burcin Keskin və köməkçi hakimlərin inkişafı üçün Tarık Ongunla, Bahattin Duran iştirak edirlər.

Seminar çərçivəsində Bakı Olimpiya Stadionunda hakimlərdən fitnes testi götürüləcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right