Millimizin üzvü "Neftçi"yə kömək edə bilməyəcək

"Neftçi"nin yarımmüdafiəçisi Eddi İsrafilov qarşıdakı turlarda komandasına kömək edə bilməyəcək.

Newsport.az-ın məlumatına görə, milli komandamızın üzvü Premyer Liqanın iki turunu buraxacaq.

30 yaşlı yarımmüdafiəçi zədədən sonra hələ ki, tam bərpa olunmayıb.

O, hazır olmadığı üçün "Sabah" və "Zirə"yə qarşı oyunları buraxmalı olacaq. 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right