"Neftçi" "Srvena Zvezda"ya məğlub oldu

"Neftçi" Antalya toplanışı çərçivəsində sonuncu yoxlama oyununu keçirib.

Newsport.az-ın məlumatına görə, Laurentsiu Regekampfın rəhbərlik etdiyi kollektiv bu gün Serbiyanın "Srvena Zvezda" klubu ilə üz-üzə gəlib. Qarşılaşma bakılıların 0:1 hesablı məğlubiyyəti ilə başa çatıb.

Qeyd edək ki, "Neftçi" Türkiyədə daha əvvəl iki hazırlıq matçı keçirib. "Ağ-qaralar" Macarıstanın "Vaşaş" klubu ilə heç-heçə (1:1) edib, Polşanın "Medz Leqnisa" klubuna isə 1:2 hesabı ilə məğlub olub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right