"Ayaz Quliyevlə danışmaq istəyirəm ki, bizə uyğun olub-olmadığını müəyyən edim"

"Klublarımız mövsümün qalan hissəsinə hazırlaşır. Bütün klubların hazırlıq oyununu izləmək imkanım oldu. Məncə, buradakı şərait komandalarımızın məşqlərini keçirə bilmələri üçün yaxşı səviyyədə idi. Hazırda klubların nəyə qadir və hansı fiziki formada olduqlarını deyə bilmirəm. Çoxlu oyunlar izlədim. Deyə bilərəm ki, komandaların hamısı tam hazır deyil. Millinin toplanışına iki ay qalıb. Bütün futbolçuları izləmişəm, bəziləri ilə söhbətim olub. Onlar yığmaya daha tez qoşulmağa həvəslidirlər və millinin tam formada olması üçün əllərindən gələni edirlər".

Newsport.az xəbər verir ki, bu sözləri Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazi "CBC Sport"a açıqlamasında bildirib.

İtaliyalı mütəxəssis son vaxtlar Azərbaycan millisində oynamaq istədiyini bildirən "Ximki"nin üzvü Ayaz Quliyev haqda belə danışıb:

"Ayaz Quliyevin dediklərini eşitmişəm və onun sözləri məni sevindirir. Onunla danışmaq istəyirəm ki, bizə uyğun olub-olmadığını müəyyən edim. Çünki elə futbolçular lazımdır ki, bizə hörmətlə yanaşsınlar, milliyə rəğbət göstərsinlər. Milli komandanın formasını geyinənlər bu ada yaraşn olmalıdır".

De Byazi millinin əsas qapıçısı Şahruddin Məhəmmədəliyevin zədələnməsinə isə bu cür münasibət bildirib: "Şahruddinlə danışdım. O da baş verənlərə görə üzgündür. Daha öncə zədələndiyi qolundan zədələnib. Ümidvaram ki, tezliklə sağalar. Amma bu, nə vaxt olacaq bilmirəm. Onunla danışanda bildirdim ki, narahat olma, vaxtını səmərəli keçir və mənim komandamda olacaqsan. Şahruddini kimin əvəzləyici sualına cavan verə bilmərəm".





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right