Azərbaycan Premyer Liqası dünya reytinqində irəliləyib

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) dünyanın ən yaxşı milli çempionatlarının illik reytinqini açıqlayıb.

Newsport.az IFFHS-in rəsmi saytına istinadən xəbər verir ki, 80 liqanın olduğu siyahıda Azərbaycan Premyer Liqası 41-ci pillədə yer alıb.

Aktivində 349,25 xal olan Azərbaycan çempionatı ötən reytinqlə müqayisədə 19 pillə irəliləyib.

Siyahıya Braziliya A seriyası başçılıq edir. Cənubi Amerika ölkəsinin yüksək liqası 1181 xala malikdir. İngiltərə Premyer Liqası (1086) ikinci, İspaniya La Liqası isə üçüncü (967,5) sırada qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right