"Kəpəz" Qazaxıstan klubunu 3 qolla üstələdi

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan "Kəpəz" sonuncu yoxlama görüşünü keçirib.

Newsport.az-ın məlumatına görə, Tərlan Əhmədovun rəhbərlik etdiyi kollektiv Qazaxıstanın "Kaysar" klubu ilə qarşılaşıb. Matç "Kəpəz"in 3:0 hesablı qələbəsiylə başa çatıb.

Gəncə təmsilçisinin heyətində Ahmed Ayzaya dubl edib. Digər qolu isə Mate Kvirkiya vurub.

Qeyd edək ki, "Kəpəz" Türkiyədə keçirdiyi əvvəlki matçlarda "MTK Budapeşt"i (Macarıstan) 1:0 hesabı ilə məğlub edib, Serbiyanın "Novi Bazar" klubu ilə 0:0 hesablı heç-heçə edib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right