"Sabah" Antalya toplanışı çərçivəsində bu gün sonuncu yoldaşlıq görüşünü keçirib.
Newsport.az-ın məlumatına görə, Masazır təmsilçisi Serbiyanın "Volvodina" klubu ilə üz-üzə gəlib. Qarşılaşma Murad Musayevin yetirmələrinin 4:2 hesablı qələbəsiylə başa çatıb. "Sabah"ın heyətində Davit Volkov dubl edib, Aleksey İsayev və Aleksey Kaşuk isə hərəyə 1 dəfə fərqlənib.
Xatırladaq ki, "Sabah" Türkiyədəki yoxlama sınaq matçında Polşanın "Varta" (Poznan) klubu ilə 1:1 hesablı heç-heçə edib.
"Sabah" - "Vayvodina" - 4:2
Qollar: David Volkov, 3, 22, Aleksey İsayev, 46, Aleksey Kaşuk, 62 - Velko Simiç, 6, 10