Türkiyədə təlim-məşq toplanışında olan "Qarabağ" bu gün iki yoxlama matçında qüvvəsini sınayacaq.
Newsport.az-ın məlumatına görə, Ağdam təmsilçisi "Çukariçki" ilə üz-üzə gəlib. Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv Serbiya klubu üzərində qələbə qazanıb.
Azərbaycan çempionunun bu gün ikinci rəqibi "Poqon" olub. Görüş polşalıların 2:1 hesablı qələbəsiylə başa çatıb.
"Qarabağ" - "Çukariçki" (Serbiya) 1:0
Qol: Medina 42