Qurban Qurbanov: "Tam istədiyimiz oyunu göstərmək üçün bir az vaxt lazım olacaq"

"Qarabağ" Antalya toplanışı çərçivəsində keçirdiyi son yoxlama matçında Polşanın "Poqon" klubuna 2:4 hesabı ilə məğlub olub.

Newsport.az-ın məlumatına görə, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb?

- Yaxşı oyun keçdi. Komandanın tam hazır olmaması hiss olundu. Hər iki hissənin əvvəlində matça dinamik başladıq. Sonra temp aşağı düşdü. Qarşımızda çox möhkəm komanda var idi. Məncə bu oyunun işimizə çox faydası olacaq. Futbolçuların köhnə idman formasını geri qaytarmalıyıq. Bu gün çox yaxşı yoruldular. Bunu istəyirdik. Bir neçə dəfə əks-hücumlarda tutulduq. Bizim də yaxşı hücumlarımız oldu. Çatışmayan cəhətlərimizi tam gördük. Qarşıda bir həftə vaxtımız var. Çempionata hazırlaşacağıq. Tam istədiyimiz oyunu göstərmək üçün bir az vaxt lazım olacaq. Bu dəfə fərqli rəqiblər seçdik. Belə oyunların faydası həmişə çox olur. Hazırlıq dönəmində bir komandanın hazırlığının digərindən az da olsa, üstün olması fərq yaradır. Sonda bizə sürəti artırmaq lazım idi. Görünür ki, futbolçular yorğun idi. Top itkiləri çox oldu. 

- Şahruddin Məhəmmədəliyev zədələndi. Yeni qapıçı transferi gündəmdədir?

- Çox ciddi axtarışlar gedir. Fikrimizi başqa yerə yönəltmişdik, indi başqa yerə yönəltdik. Bəlkə də buna hazır deyildik. Amma işimizdə belə hallar olur. Transfer pəncərəsi bağlanana kimi nəsə addım atmağa çalışacağıq. Hələ ki, əlimizdə olan qapıçılarla irəliləyirik.

- Qaspar Panaferonun aqibəti necə olacaq?

- Müqaviləsi var. Hansı şərtlər varsa, klub olaraq onu edəcəyik. Əsas komandada məşq etməyəcək. Özünə də bildirmişik. İkinci komanda olacaq. Hansısa komanda istəsə, biz onu təmənnasız göndərməyə hazırıq. Üzərimizə nə düşürsə, onu edəcəyik. Çünki, müqaviləyə riayət etməliyik. 

- "Qarabağ" Çempionlar Liqasında qrupa düşən zaman hazırlıq matçlarında uğursuz nəticələr göstərmişdi. İndi də qarşıda "Gent"lə oyun var. Eyni uğuru təkrarlamaq mümkün olacaq?

- Təki sizin düşündüyünüz kimi olsun. İnşallah daha yaxşı nəticələrimiz olar. Amma hər komandada müəyyən bir müddətdə ciddi sıxıntılar olur. O dönəmdə ayaq üstə qalmağı bacarmaq lazımdır. Sanki, hazırda həmin vəziyyətdir. Düşünmədiyimiz zədələr, oyunçu transferi, Kadinin gedişi oldu. Bəzi digər problemlər var. Bu dövrdə daha düzgün, ağıllı şəkildə ayaq üstə durmalıyıq. Get-gedə çatışmayan cəhətləri aradan qaldırmalıyıq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Şamaxı Səbail Turan Tovuz Zirə
Banner left
Banner right