“Kəpəz” Antalyadakı təlim-məşq toplanışı çərçivəsində bu gün növbəti sınaq matçını keçirəcək.
Newsport.az xəbər verir ki, Tərlan Əhmədovun baş məşqçi olduğu komanda Qazaxıstan “Kaysar”ı ilə qarşılaşacaq.
Oyuna Bakı vaxtı ilə saat 16:00-da start veriləcək.
Xatırladaq ki, gəncəlilər Antalyadakı ilk oyunda Macarıstanın “MTK Budapeşt” komandasını 1:0 hesabı ilə məğlub etmiş, daha sonra Serbiyanın “Novi Pazar” kollektivi ilə heç-heçə (0:0) oynamışdı.