"Gent"in kapitanı "Qarabağ"la oyunları buraxa bilər

“Gent”in (Belçika) kapitanı futbolçusu Vadis Ocica-Ofoe Konfrans Liqasının pley-off mərhələsində “Qarabağ”la oyunları buraxa bilər.

Newsport.az xəbər verir ki, bu barədə Belçika mətbuatı məlumat yayıb. 34 yaşlı yarımmüdafiəçi zədələnib. O, yerli çempionatın 20-ci turunda “Kortriyk”lə matçın (2:1) 16-cı dəqiqəsində sıradan çıxıb və əvəzlənib. Vadis dizindən əməliyyat olunub. Belçika millisinin keçmiş üzvünün yaşıl meydanlara nə vaxt qayıdacağı açıqlanmır. Lakin futbolçunun sağalma prosesinin bir neçə ay vaxt aparacağı gözlənilir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right