"Oyun çətin alındı. İlk hissədə zəif oynasaq da, ikinci hissədə oyunumuzu tapdıq”.
Newsport.az-ın məlumatına görə, bu sözləri "İnter”in baş məşqçisi Zaur Svanadze deyib.
Azərbaycan Premyer Liqasının 3-cü turunun son oyununda səfərdə "Zirə” ilə qarşılaşan "bankirlər” qolsuz heç-heçəylə xalını 4-ə çatdırdı. 3 oyuna cəmi 1 qol vuran paytaxt klubunun çalışdırıcısı nu məqama xüsusi diqqət yetirib:
"Daha yaxşı oynamaq üçün çalışmaq lazımdır. Xüsusən də qollar vurmaq üçün yollar axtarmalıyıq. Çatışmazlıqlar olsa da, ikinci hissədəki çıxışımızdan razıyam”.