“Sumqayıt” bu gün Antalya toplanışında sonuncu məşqini keçirib.
Newsport.az-ın məlumatına görə, bu barədə sözügedən klubun mətbuat xidməti məlumat yayıb.
Samir Abasovun yetirmələri sabah qardaş ölkədə ikinci yoxlama oyunu çərçivəsində Rusiyanın “Krılya Sovetov” klubuyla üz-üzə gələcək.
Komanda yanvarın 18-də vətənə qayıdacaq.