Adil Şükürov: “5 xal toplamağı planlaşdırmışdıq”

"Biz gözlədiyimizdən də ağır, çətin oyun alındı. "İnter”in oturuşmuş heyəti, özünəməxsus oyun tərzi var. "Zirə” isə hər keçən tur öz oyununu sərgiləməyə çalışır. Bu yolda bizə dəstək olan hər kəsə təşəkkür edirəm”.

Newsport.az-ın məlumatına görə, bu sözləri Azərbaycan Premyer Liqasının 3-cü turunun son matçında doğma divarlar arasında "İnter”i qəbul edən qəsəbə komandası yenə məğlub olmadı. 3 oyuna 5 xal toplayan zirəlilərin çalışdırıcısı matçdan sonra bunun normal olduğunu deyib:
 
"Bu gün açıq futbol sərgilədik. Həm rəqibin, həm də bizim qol imkanlarımız vardı. Etiraf edim ki, oyunun sonlarında bir qədər boşluqlar buraxdıq. Buna rəğmən, 1 xal qazana bildik. 3 turdan sonra debütant komandanın 5 xal toplaması yaxşıdır. Bu qədər xal toplamağı planlaşdırmışdıq. Amma oyun quruculuğu baxımından problemimiz var. Qarşıdakı oyunlara hazırlaşmalıyıq”.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right