"İnşallah, Premyer Liqada da bu qələbənin ardını gətirərik" “Kəpəz”in futbolçusu

“Kəpəz”in futbolçusu İdris İnqilablı Türkiyədəki təlim-məşq toplanışı çərçivəsində Macarıstanın “MTK Budapeşt” komandasına qarşı keçirdikləri yoxlama oyununu şərh edib.

Newsport.az-ın məlumatına görə, onlar 1:0 hesabıyla qalib gəldikləri matçdan sonra klubun mətbuat xidmətinə açıqlamalarında bunları dilə gətirib:

“Oyun çox yaxşı keçdi. Bu. bizim birinci yoxlama matçımız idi. Komandada bir az yorğunluq var idi. Amma buna baxmayaraq, qələbə qazandıq. Yoxlama matçının əhəmiyyəti çoxdur. İnşallah, Premyer Liqada da bu qələbənin ardını gətirərik. Qarşıda hələ 2 yoxlama matçımız var. Ümid edirəm ki, Antalya toplanışını 3 qələbə ilə yekunlaşdırarıq. Komandama uğurlar diləyirəm”.

Xatırladaq ki, “Kəpəz” Antalyada daha 2 yoxlama matçı keçirəcək. Komanda yanvarın 16-da Serbiya “Novi Pazar”ı, yanvarın 18-də isə Qazaxıstan “Kaysar”ı ilə qarşılaşacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right