"İnşallah, oyundan-oyuna daha da inkişaf edib, Premyer Liqanın matçlarına hazır olarıq"

"Kəpəz"in futbolçuları Fərid Nəbiyev və İdris İnqilablı Türkiyədəki təlim-məşq toplanışları çərçivəsində Macarıstanın 2-ci liqa təmsilçisi "MTK Budapeşt"ə qalib gəldikləri (1:0) yoxlama matçı barədə fikirlərini bölüşüblər.

Newsport.az-ın məlumatına görə, onlar bu haqda klubun mətbuat xidmətinə danışıblar. 23 yaşlı hücumameyilli yarımmüdafiəçi Fərid Nəbiyev görüşdə çoxlu qol şansları yaratdıqlarını və bunun müsbət nəticə olduğunu deyib: "Oyun çox gərgin və maraqlı keçdi. Bu, ilk yoxlama matçımız idi. Düşünürəm ki, ağır məşqlərdən sonra bizim üçün yaxşı bir sınaq oldu. Oyunda çoxlu qol epizodları yaratdıq. Onlardan birini dəyərləndirdik. O biri epizodları dəyərləndirə bilməsək də, əsas odur ki, qol şansları yarada bildik. Bu da bizim üçün müsbət nəticədir. İnşallah, oyundan-oyuna daha da inkişaf edib, Premyer Liqanın matçlarına hazır olarıq".

21 yaşlı yarımmüdafiəçi İdris İnqilablı isə bunları söyləyib: "Oyun çox yaxşı keçdi. Bu, bizim birinci yoxlama matçımız idi. Komandada bir az yorğunluq var idi. Amma buna baxmayaraq, qələbə qazandıq. Yoxlama matçının əhəmiyyəti çoxdur. İnşallah, Premyer Liqada da bu qələbənin ardını gətirərik. Qarşıda hələ 2 yoxlama matçımız var. Ümid edirəm ki, Antalya toplanışını 3 qələbə ilə yekunlaşdırarıq. Komandama uğurlar diləyirəm".

Qeyd edək ki, "Kəpəz" Antalyada daha 2 yoxlama matçı keçirəcək. Komanda yanvarın 16-da Serbiya “Novi Pazar”ı, yanvarın 18-də isə Qazaxıstan “Kaysar”ı ilə qarşılaşacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right