“Təşəkkürlər, Kadi!” Foto

"Qarabağ" "Krasnodar"a (Rusiya) satdığı futbolçusu Kadi Borgeslə vidalaşıb. 

Newsport.az-ın məlumatına görə, bu barədə klubun sosial şəbəkə hesablarında paylaşım olunub. Ağdam təmsilçisi 26 yaşlı yarımmüdafiəçiyə təşəkkür edib və ona uğurlar arzulayıb: 

"Kadi Borgesə klubumuza göstərdiyi xidmətlərə görə təşəkkür edir, gələcək karyerasında uğurlar arzulayırıq. Təşəkkürlər, Kadi!"

Qeyd edək ki, Kadi 2021-ci ildən "Qarabağ"ın formasını geyinirdi. O, bu mövsüm 31 oyunda 8 qol vurub və 11 qolun ötürməsini verib. "Krasnodar" bu gün braziliyalı oyunçu ilə 2026-cı ilin yayınadək sözləşmə imzalandığını açıqlayıb. Qeyri-rəsmi məlumatlara görə, "Qarabağ" bu keçiddən 5 milyon avro qazanıb. 

 
 




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right