“Neftçi”nin bəyənmədiyi futbolçu İsrail klubunda

Mövsümlərarası transfer dönəmində "Neftçi”nin baxışa dəvət edərək bəyənmədiyi bolqarıstanlı futbolçu Borislav Stoyçevin yeni klubu bəlli olub.

Newsport.az-ın məlumatına görə,  müdafiəçi karyerasını İsraildə davam etdirəcək.  Belə ki, O, israilin "Hapoel Ra`anana” klubu ilə anlaşıb. Futbolçu yeni klubu ilə iki illik müqaviləyə qol çəkib.
Qeyd edək ki, Stoyçev karyerası ərzində "Vidima-Ralovski", "Çernomorets Burqas", "Nafteks Burqas", "Sliven 2000", "Lyubimets 2007", "Minyor Pernik", və "Beroe Stara Zaqora" klublarında çıxış edib. Onun son klubu "Levski” olub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right