Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi "Kəpəz"in MTK Budapeşt ilə keçirdiyi yoxlama oyununu izləyənlər arasında olub.
Newsport.az-ın məlumatına görə, italiyalı məşqçi ilə yanaşı, AFFA-nın vitse-prezidenti Vaqif Sadıqov, Məşqçilər Komitəsinin üzvləri, Misli Premyer Liqasından olan klubların rəsmiləri və məşqçiləri görüşü izləyib.
"Kəpəz"in İdarə Heyətinin sədri İlqar Nadiri və üzvü, millət vəkili Müşfiq Cəfərov da Gəncə klubunu tək qoymayıb. Matçdan sonra klub rəhbərliyi futbolçuları və məşqçilər korpusunu qələbə münasibəti ilə təbrik edərək, qarşıdakı oyunlarda komandaya uğurlar arzulayıb.