"Sabah"la oyuna kimi tam hazır vəziyyətdə olacağımı düşünürəm"

"Neftçi"nin müdafiəçisi Voyislav Stankoviç klub televiziyasına açıqlama verib.

Newsport.az-ın məlumatına görə, serbiyalı futbolçu zədəsini sağaltdığını və komandaya qoşulduğunu deyib:

"Uzun müddətdir zədə səbəbindən komandadan ayrı qalmışdım. Artıq zədəm yaxşılığa doğru gedir. Komanda ilə birlikdə məşqlərə başlamışam. Hazırlığımız yaxşı gedir. "Sabah"la Premyer Liqa matçına hələ iki həftə qalıb. Həmin oyuna kimi tam hazır vəziyyətdə olacağımı düşünürəm. Yeni transfer Höccət Haqverdi Azərbaycan milli komandasının üzvüdür. Onun bizim müdafiə xəttinə çox böyük köməyi olacaq".





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right