Azərbaycan Premyer Liqasının III turu çərçivəsində "Neftçi” "Sumqayıt” üzərində 2-1 hesabı ilə qələbə qazandı. Matçdan sonra "Neftçi”nin futbolçusu Kaue Da Silva jurnalistlərin suallarını casablandırıb:
-İlk öncə qarşılşama haqqında fikirləriniz necədir?
-İki şansımız oldu və bu şansların hər ikisindən yararlanaraq qol vurduq. Daha çox qol vura bilərdik. Amma alınmadı. Rəqib qol vurduqdan sonra isə çətinlik yaşadıq. Fikrimcə maraqlı oyun keçdi.
-İlk yarıda komanda "dişsiz” görünürdü. Bunun səbəbi nədir?
-Şanslarımızdan yararlana bilsəydik, oyun fərqli ola bilərdi. Razıyam ki, ilk hissədə daha sürətli oynamaq lazım idi.
-Milli komandanın toplanışına görə çempionatda 20 günlük fasilə yaranacaq. Bu fasilə "Neftçi”nin xeyrinədi?
-Mən bunu xoşlamıram. Çünki biz hazırda oyunumuzu tapmağa çalışırıq. Qələbədən sonra oynamaq daha yaxşı olardı.
-Bundan əvvəl oynadığınız ölkələrdə belə durumla rastlaşmısınızmı?
-Bəli, fasilə olurdu. Amma bu qədər yox.
-"Neftçi”yə iki yeni legioner cəlb olunub. Biri hücumçu, digəri isə qapıçı. Onlar barədə fikriniz necədir?
-Hücumçunu görməmişəm. Təbii, yaxşı hücumçu olsa bu, bizim xeyrimizədir. Oyunumuzun artmasına təklan verəcək. Qapıçını isə məşqdə görmüşəm. Təcrübəli qapıçıdı.Yaxşı klublarda oynayıb.