"Qəbələ" Almaniya klubuna qalib gəldi

"Qəbələ" Antalya toplanışı çərçivəsində bu gün ikinci hazırlıq matçını keçirib.

Newsport.az-ın məlumatına görə, Elmar Baxşıyevin rəhbərlik etdiyi kollektiv Almaniyanın "Lukenvalde" klubu ilə qarşılaşıb. Matç "Qəbələ"nin 3:2 hesablı qələbəsi ilə başa çatıb.

"Qırmızı-qaralar"ın heyətində Gülağa Əsədov, Ramon Maçado və Felipe Santos fərqlənib.

Xatırladaq ki, yanvarın 12-də Rumıniyanın “Sepsi” klubu ilə məhsuldar heç-heçə (2:2) edən “Qəbələ” Antalyadakı son görüşündə Çexiya təmsilçisi “Teplitse” ilə qarşılaşacaq. Matç ayın 16-da baş tutacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right