“Qarabağ”ın yeni transferi: “Yenidən futboldan zövq almaq istəyirəm”

“Qarabağ”ın yeni transferi Adama Diakabi Ağdam klubuna keçidi barədə fikirlərini bildirib.

Newsport.az-ın məlumatına görə, o, açıqlamasında yenidən futboldan zövq almaq üçün burada olduğunu söylədi:

“Burada olmaqdan çox mənmunan. Müqavilə imzaladım və ilk oyunumu keçirdim. Komanda barədə məlumatım var idi. Bəzi oyunçuları əvvəldən tanıyırdım. Məsələn, Zubiri. O, “Qarabağ” barədə yalnız xoş sözlər söylədi. Burada olduğuma görə məmnunam. Yenidən futboldan zövq almaq istəyirəm”.

26 yaşlı forvard “Qarabağ” barədə məlumatlı olduğunu qeyd etdi:

“Təxminən 1 il əvvəl Bakıya gəlmişdim. Həmin vaxt “Qarabağ”ın bazası, Bakı ilə tanış oldum. komandanın bir çox oyunlarını izləmişəm. “Marsel”, “Olimpiakos”la oyunlara baxmışam. Təəssüratlarım yaxşıdır”.

Futbolpress.az





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right