Qış fasiləsində “Neftçi” ilə yollarını ayıran seneqallı futbolçu Mamadu Mbodj paytaxt klubu ilə vidalaşıb.
Newsport.az-ın məlumatına görə, 30 yaşlı müdafiəçi bununla bağlı sosial şəbəkə hesabında video paylaşıb.
O, paylaşımında bu sözləri qeyd edib: “Yalnız ən böyük xatirələr… Və hər biri unikaldır! Hər şey üçün “Neftçi”yə ürəkdən təşəkkür edirəm”.
Xatırladaq ki, 2018-ci ilin dekabrında “Neftçi”yə transfer olunmuş Mamadu Mbodj 5 mövsüm ərzində 94 rəsmi görüşdə meydana çıxıb və 9 qola imza atıb. O, 2021/22 mövsümündə Azərbaycan çempionu olub.