“Turan Tovuz” İsveçrə klubu üzərində qələbəyə sevindi

Türkiyədə təlim-məşq toplanışında olan “Turan Tovuz” bu gün növbəti yoxlama görüşünü keçirib.

Newsport.az-ın məlumatına görə, əyalət təmsilçisi İsveçrənin “Aarau” klubu ilə qarşılaşıb.

Tovuz klubu bu oyundan qalib ayrılıb. Azərbaycan təmsilçisinə qələbə qazandıran yeganə qolu Ayxan Hüseynov vurub.

Xatırladaq ki, “Turan Tovuz” daha öncə Rumıniyanın “Petrolul” komandasına 2:3 hesabıyla uduzmuşdu.

Yanvarın 18-dək Antalyada hazırlıq keçəcək “Turan Tovuz” daha bir yoxlama görüşündə qüvvəsini sınayacaq. Ayxan Abbasovun kollektivi ayın 17-də isə “Qurnik”lə (Polşa) qarşılaşacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right