"Qarabağ"ın yeni transferi tibbi müayinədən keçdi

“Qarabağ”ın yeni transferi Adama Diakabi “Medical Park Antalya” kompleksində tibbi müayinədən keçib.

Newsport.az-ın məlumatına görə, müayinədən sonra Adama Diakabi “Medical Park Antalya”nın tibb personalına təşəkkür edib:

“Bizə xüsusi diqqət ayrıdıqları üçün kompleksin həkimlərinə təşəkkür edirəm. Bütün tibb heyətinin dost davranışı məni çox xoşbəxt etdi”.

Xatırladaq ki, Diakabi bu gün Ağdam klubu ilə 2025-ci il iyunun 30-dək müqavilə imzalayıb.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right