Azərbaycanlı yarımmüdafiəçi Çexiya klubuna keçməyə yaxındır

Azərbaycan milli komandasının sabiq üzvü Amit Quluzadə yenidən ölkə xaricinə yollanmağa yaxındır.

Newsport.az saytına verilən məlumata görə, yarımmüdafiəçi bu dəfə Çexiyaya yollanmaq şansına malikdir.

Belə ki, "Dukla" Quluzadəni heyətində görmək istəyir.

Hazırda tərəflər arasında danışıqlar davam edir. Praqa təmsilçisi bu mövsüm Çexiya 2-ci liqasında mübarizə aparır.

Xatırladaq ki, 30 yaşlı yarımmüdafiəçi “Neftçi”, “Kayseri Erciyesspor”, “Rəvan”, “Qəbələ”, “Atletiko”(Lissabon), “Sumqayıt”, “Larissa”, “Səbail”, “Drita”, “Çelik”, “Milsami”, “Ştadl-Paura” klublarında oynayıb. 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right