Azərbaycan milli komandasının hücumçusu Mahir Emrelinin formasını geyindiyi “Dinamo” yoldaşlıq oyunu keçirib.
Newsport.az-ın məlumatına görə, Zaqreb təmsilçisi Sloveniyanın “Çelye” klubu ilə qarşılaşıb. Üç hissədən ibarət olan görüş 1:1 hesabı ilə yekunlaşıb.
Emreli meydana start heyətində çıxıb.
Qeyd edək ki, "Dinamo" ikinci hissədə qol buraxsa da, üçüncü hissənin sonunda isə bərabərlik qolunu vurub.