“Qarabağ”ın “Gent”lə oyunlarında VAR-dan istifadə olunacaq

Konfrans Liqasında pley-off mərhələsindən etibarən VAR sistemindən istifadə olunacaq. Newsport.az xəbər verir ki, bu barədə UEFA rəsmi saytı vasitəsilə məlumat yayıb.
 
Bildirilib ki, Avropanın üçüncü dərəcəli turnirində ilk dəfə pley-offdan VAR tətbiq ediləcək. Bu isə o deməkdi ki, turnirdə mübarizəni davam etdirən Azərbaycan təmsilçisi “Qarabağ”ın “Gent”lə pley-off matçlarında VAR iş başında olacaq.
 
Ağdam klubunun Belçika təmsilçisi ilə oyunları fevralın 16-da Bakıda, 23-də isə Gentdə keçiriləcək.




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right