AZAL Azərbaycan Premyer Liqasının ilk 3 turunda məğlub olub.
Newsport.az-ın məlumatına görə, bu, Bakı klubunun tarixində ölkə çempionatlarında ən uğursuz startdır.
2005/06 mövsümündən Premyer Liqada çıxış edən komanda indiyədək ilk 3 turda belə uğursuz nəticə göstərməmişdi. Yalnız debüt mövsümündə 3 oyunda qələbə qazana bilməyən AZAL həmin vaxt 1 xalla kifayətlənib. Digər 9 mövsümün startında isə bakılılar ən azı 1 qələbə qazanıb. AZAL həm də ilk dəfə 3 oyunu qol vurmadan başa vurub. Debüt mövsümündə daha gec – III turda ilk qoluna imza atan bakılılar digər çempionatlarda ilk iki matçda ən azı 1 qol vurub.
Xatırladaq ki, AZAL cari mövsümdə “Zirə”yə 0:1, “Qəbələ” və “Qarabağ”a eyni – 0:2 hesabı ilə uduzub.
pfl.az