“Neftçi” aparıcı futbolçusunu Portuqaliya klubuna satır

“Neftçi” futbolçusu Yusuf Lavalın satışı ilə əlaqədar Portuqaliyanın “Arouka” klubu ilə rəsmi danışıqlara başlayıb.

Newsport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, nigeriyalı yarımmüdafiəçi bu gün komandanın düşərgəsindən ayrılaraq, Bakıya dönəcək.

O, viza problemini həll etdikdən sonra Portuqaliyaya yola düşəcək. Laval tibbi baxışdan uğurla keçəcəyi halda, rəsmi satış müqaviləsi imzalanacaq və sonra bu barədə ictimayyətə ətraflı məlumat veriləcək.

Qeyd edək ki, Yusuf Laval “Neftçi”yə 2020-ci ilin yayında Belçika “Lokeren”indən keçib.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right