“Sabah”ın baş məşqçisi Murad Musayev UEFA-nın PRO lizensiyası almasına münasibət bildirib.
Newsport.az-ın xəbərinə görə, "Sport-ekspress" qəzetinə müsahibəsində 39 yaşlı mütəxəssis deyib:
"UEFA ilə əlaqə saxlamamağımız (Rusiya nəzərdə tutulur - red.) əvvəlcə yanlış tezisdir. Milli komandanın və klubların (Rusiyanın) beynəlxalq yarışlarda iştirakı ilə bağlı ən ağrılı və vacib məsələ istisna olmaqla, UEFA ilə əlaqəmiz bütün məsələlərdə dəyişməyib. Buna görə də, təhsil fəaliyyəti ilə bağlı bütün məsələlər, o cümlədən təhsil lisenziyalarına görə bağlı UEFA ilə əlaqəmizi davam etdiririk. Pro lisenziyasının alınması iki il davam edən və lisenziyanın alınması ilə başa çatan prosesin məntiqi davamı idi".
M.Musayev bildirib ki, lisenziya alındıqdan sonra heç bir böyük dəyişiklik olmayıb. Mütxəssis PRO-nu almaqdan şad olduğunu etiraf deyib. Bununla belə, o qeyd edib ki, hazırlıq kursları onun üçün asan olmayıb. Çünki buna görə müxtəlif şəhər və ölkələrə uçmalı olub.
Xatırladaq ki, dünən yayılan xəbərə görə, Rusiya Futbol İttifaqında 2020-ci ildən hazırlıq keçən M.Musayevə UEFA-nın Pro kateqoriyalı məşqçilik lisenziyası verilib.
Qeyd edək ki, PRO lisenziyası bütün ölkələrin milli və klub səviyyəli komandalarında baş məşqçi işləmək hüququ verir.