"Neftçi" çox yaxşı güc nümayiş etdirdi" Macarıstanlı hücumçu

"İlk yoxlama oyunumuz olduğunu nəzərə alsaq, məncə, yaxşı çıxış etdik. Xüsusən də qol vurmağı bacardığım üçün şadam".

Newsport.az xəbər verir ki, bu sözləri ötən gün Antalya toplanışında yoxlama oyununda "Neftçi" ilə qarşılaşan Macarıstanın “Vaşaş” klubunun futbolçusu David Zimonyi deyib.

1:1 hesabı ilə başa çatan oyundan sonra klubun rəsmi saytına açıqlama verən macarıstanlı hücumçu "Neftçi"nin fiziki cəhətdən güclü komanda olduğunu bildirib: "Uzun ötürmədən sonra topu rəqib qapısına göndərə bildim. Biz rəqibin çox yaxşı güc nümayiş etdirdiyini hiss etdik. Ancaq düşünürəm ki, fürsətlərdən yararlana bilsəydik, hesabı xeyrimizə dəyişə bilərdik".





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right