Antalyada hazırlıq keçən “Zirə” bu gün ilk yoxlama oyununa çıxacaq. Newsport.az xəbər verir ki, Rəşad Sadıqovun baş məşqçi olduğu komanda “Çindia” (Rumıniya) ilə qarşılaşacaq. Görüşün start fiti saat 15:00-da veriləcək.
Qeyd edək ki, “Zirə” daha 2 yoxlama oyunu keçirəcək. Komanda yanvarın 17-də Macarıstanın “Szeged-Csanad” və Serbiyanın “Radniçki” klubu ilə qarşılaşacaq.