"Neftçi" Macarıstan klubuna qarşı

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan "Neftçi" bu gün ilk yoxlama matçına çıxacaq. 

Newsport.az xəbər verir ki, paytaxt təmsilçisi Macarıstanın “Vaşaş” klubu ilə qarşılaşacaq. 

Görüş Bakı vaxtı ilə saat 18:00-da start götürəcək.

"Vaşaş" Macarıstanın yüksək liqasında çıxış edir və hazırda yerli çempionatda 16 turdan sonra 15 xalla 12 komanda arasında sonuncudur.

Qeyd edək ki, Laurentsiu Regekampfın rəhbərlik etdiyi komanda yanvarın 15-də "Medz Leqniça” və “Baçka Topola”, yanvarın 19-da isə “Srvena Zvezda” ilə qarşılaşacaq. 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right