Türkiyədə təlim-məşq toplanışında olan “Turan Tovuz”un ilk yoxlama görüşündə 2:3 hesabı ilə məğlub olduğu “Petrolul” klubu ağır günlərini yaşayır. Newsport.az xəbər verir ki, Rumıniya klubu bütün futbolçuları ilə yollarını ayırmağa hazırlaşır.
Bunu “Turan Tovuz”la sınaq matçında 2 qol vuran George Qrozav yerli mətbuata açıqlamasında deyib. O, qarşılaşmadan sonra hamının transferə çıxarıldığını bildirib: “Klub pis vəziyyətdədi. Bu üzdən də bütün futbolçular satılır. Düzü, mən hələ heç kimlə bu barədə danışmamışam”.
Qeyd edək ki, “Petrolul” toplanış çərçivəsində növbəti oyununu sabah “Lexiya”ya qarşı keçirəcək.