"3 oyuna 2 xal qazanmaq acınacaqlıdır" - Şahin Diniyev

Azərbaycan Premyer Liqasının III turunda "Kəpəz” səfərdə "Qəbələ”yə 1-0 hesabı ilə məğlub oldu.

Newsport.az-ın məlumatına görəmatçdan sonra baş tutan mətbuat  konfransında  "Kəpəz”in baş məşqçisi Şahin Diniyev qarşılaşma hazqqında fikirlərini bildirib:

"İlk növbədə gəncəli azarkeşlərə təşəkkür edirəm. Fanatlar bu gün komandamızın arxasında durdular, məğlubiyyətə baxmayaraq, futbolçulara dəstək oldular. Düşünürəm ki, bu gün nə biz, nə də "Qəbələ” məğlubiyyətə layiq idi. Sadəcə, 1 dəfə səhv etdik və rəqib qol vurdu. Düşünürəm ki, "Qəbələ” Avropa Liqasının qrupunda oynamağa layiq komandadır. Mən də öz komandama görə utanmıram. "Kəpəz” hazırda pis çıxış etmir. Xallar və qələbər gələcək. Sadəcə, zamana ehtiyac var. Zamanı isə tələsdirmək vacib məsələdir. Komandamız hazırda düzgün oynayır və qığılcımlar, işıq ucu görünür. Yaxşı nəticələr uzaqda deyil. 
Bildiyiniz kimi, komanda yeni formalaşıb. Heyətdə yer alan futbolçulardan 4 nəfər bizə gec qoşulub. Bunların hər biri hücumda çıxış edir. Dario, Juninyo, Soltanov və Sitnik buna görə fiziki cəhətdən əziyyət çəkir. Milli komandanın oyunları ilə əlaqədar olaraq, yaranacaq fasilədən istifadə edib, bu çatışmazlıqları aradan qaldırmalıyıq. Əlbəttə, mən çox istərdim ki, yeni oyunçular alaq. Amma büdcəmiz hələ ki, buna imkan vermir. Kiçik büdcə ilə böyük klub yaratmaq çətindir. Transfer məsələsində tələsmək olmaz. Transfer xətrinə transfer etmək istəmirik.  Mən hesab edirəm ki, 5, 6 turdan sonra hər komanda öz yerini tutacaq. Hazırda isə etiraf edim ki, 3 oyuna 2 xal qazanmaq acınacaqlıdır”.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right