“Səbail”in oyununu idarə edən hakim rəqibdən üzr istəyib

“Səbail”in Türkiyədəki təlim-məşq toplanışında Polşa klubu “Legiya” ilə keçirdiyi yoxlama oyunundan sonra baş hakim rəqib komandadan üzr istəyib.

Newsport.az “onet.pl” saytına istinadən xəbər verir ki, bunu Varşava təmsilçisinin məşqçisi İnyaki Astiz deyib.

O bildirib ki, 2:2 hesabı ilə yekunlaşan qarşılaşmanı idarə edən yerli referi birinci hissədə qaydalar çərçivəsində vurduqları qolu qeydə almayıb: “Hakim artıq çəkili olduğu üçün görüşün tempi ilə ayaqlaşa bilmirdi. Birinci hissədə vurduğumuz qolu da saymadı. Sonradan isə bu qərarına görə bizdən üzr istədi”.

Qeyd edək ki, matçda “Səbail”in qollarına 4-cü dəqiqədə Qustavo de Fransa və 81-ci dəqiqədə Mirabdulla Abbasov imza atıblar.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right