"Şamaxı" Türkiyəyə getdi

"Şamaxı" qış təlim-məşq toplanışının ikinci mərhələsi üçün bu gün Türkiyənin Antalya şəhərinə yollanıb.

Newsport.az-ın məlumatına görə, 11 gün "Kamelya Selin" otelində məskunlaşacaq bölgə təmsilçisi bu müddətdə 3 yoxlama oyunu keçirəcək.

11 yanvarda Qazaxıstanın "Kaysar" və Rumıniyanın "Botaşani" klublarıyla qarşılaşacaq "Şamaxı" toplanışın son matçında yanvarın 18-i Serbiyanın "Napredak" klubu ilə üz-üzə gələcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right