“Sabah” Türkiyədə hazırlıq prosesinə başladı

“Sabah” Türkiyədəki qış təlim-məşq toplanışına start verib.

Newsport.az-ın məlumatına görə, komanda hazırlıq çərçivəsində ilk məşqinə də çıxıb. Hüseyn Aygün təlim-məşq bazasında baş tutan hazırlıq zamanı futbolçular məşqçilərin tapşırığı əsasında müxtəlif təmrinləri yerinə yetiriblər.

Xatırladaq ki, “Sabah”ın Antalya toplanışı 7-19 yanvar tarixlərini əhatə edəcək. Komanda hazırlıq çərçivəsində yanvarın 12-də Polşanın “Varta” (Poznan), yanvarın 18-də isə Serbiyanın “Voyvodina” klubları ilə yoxlama oyunlarında qüvvəsini sınayacaq.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right