"Neftçi"nin yeni transferi Höccət Haqverdi komandaya qoşulub.
Newsport.az-ın özəl məlumatına görə, Azərbaycan yığmasının müdafiəçisi paytaxt klubunun Antalyadakı düşərgəsinə gəlib.
O, bu gün "ağ qaralar"ın məşqlərinə qoşulacaq.
"Neftçi" Höccət Haqverdini "Traktor" klubundan transfer edib.
Qeyd edək ki, Höccət Haqverdi bundan öncə Azərbaycanda "Sumqayıt" klubunda çıxış edib.