Sezar Meza Kolli: “Neftçi”nin oyunlarına kənardan baxmaq çətin idi”

“Neftçi”nin paraqvaylı futbolçusu Sezar Meza Kolli klubun televiziyasına açıqlama verib. 

Newsport.az saytının məlumatına görə, uzunmüddətli zədədən sonra “ağ-qaralar”ın Türkiyədəki təlim-məşq toplanışına qatılan 32 yaşlı yarımmüdafiəçi ölkəsindəki bərpa dönəminin onun üçün çətin keçdiyini söyləyib: 

“Bunlar artıq geridə qaldı. Hazırda özümü yaxşı hiss edirəm, kollektivlə birlikdə olduğum üçün xoşbəxtəm. “Neftçi”nin uğurlarına töhfə vermək üçün əlimdən gələni edəcəyəm. Heyətə düşəcəyimə inanmasaydım, indi burada olmazdım.“Neftçi”nin, demək olar ki, bütün oyunlarını izləyirdim. Kənardan baxmaq bir az çətin idi”.

Qeyd edək ki, yanvarın 20-dək Antalyada təlim-məşq toplanışında olacaq “Neftçi” 4 yoxlama görüşündə qüvvəsini sınayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right