“Seçmə mərhələdə Belçika, Avstriya və İsveçin də yer aldığı çox çətin qrupda çıxış edəcəyik. Dördüncü səbətdən gəlmişik, az-çox Estoniya bizim səviyyəmizdə yığmadır. İstənilən halda sonadək mübarizə aparacağıq. Əlimdə olan bütün şanslardan istifadə etmədən heç vaxt təslim olmuram”.
Newsport.az-ın məlumatına görə, bu sözləri millimizin baş məşqçisi Canni De Byazi Avro-2024-dəki rəqiblərimizi dəyərləndirərkən İtaliya mətbuatına müsahibəsində deyib.
2020-ci ilin avqustundan yığmamızı çalışdıran mütəxəssis millimizdəki işi haqda bunları söyləyib:"Əvvəlcə bəzi problemlər var idi, çünki mentaliteti bərpa etməliydik. Son vaxtlar isə hər oyunda qalib gəlirik. İnanıram ki, belə davam edəcəyik".