"Neftçi" toplanışa başladı, zədəli futbolçu komandaya qoşuldu

“Neftçi” PFK təlim-məşq toplanışına start verib.

Newsport.az-ın məlumatına görə, Türkiyənin Antalya şəhərinin Belek bölgəsindəki “Gloria Verde Resort” oteldə məskunlaşan komanda bu gün iki məşqə çıxıb.

Səhər və axşam hazırlıqlarında əsasən fiziki və toplu çalışmalar icra olunub. 3 futbolçu – yeni əməliyyat olunmuş Fərid Yusifli və zədəli Voyislav Stankoviçlə Eddi İsrafilov toplanışa qatılmayıblar. Əvəzində, zədə səbəbindən uzun müddətdir “Neftçi”dən uzaq qalan Sezar Meza Kolli “ağ-qaralar”ın hazırlıq prosesinə qoşulub.

Qeyd edək ki, komanda qardaş ölkədə 4 yoxlama oyunu keçirməyi planlaşdırır. “Neftçi” yanvarın 10-da Macarıstanın “Vaşaş”, 15-də Polşanın “Medz Leqnisa” və Serbiyanın “Baçka Topola”, 19-da isə bu ölkənin nəhənglərindən olan “Srvena Zvezda” klubu ilə qarşılaşacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right