Aqil Məmmədov əsəbləşdi: "Onlara heç futbolçu deyə bilmirəm"

Bu gün Azərbaycan Premyer Liqasında 3-cü turun növbəti qarşılaşmaları keçirilir.
 
Newsport.az-ın məlumatına görə, "Neftçi" evdə "Sumqayıt"ı 2:1 hesabı ilə məğlub edib.

İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionundakı matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandıran qonaq komandanın baş məşqçisi Aqil Məmmədov məğlubiyyəti belə şərh edib:

“Neftçi”ni təbrik edirəm. Rəqibimiz layiqli qələbə qazandı. Açığı, futbolçuları bu il tanıya bilmirəm. Ümumi götürsək, onlara heç futbolçu deyə bilmirəm. Yəqin ki, yaxın günlərdə iclas olacaq. Futbolçular barədə ölçü götürəcəyik. Oynamaq istəməyən adam  burada qalmayacaq. İlk hissədə bəxtimiz gətirdi. Mübarizə apardığımızı deyə bilmərəm. Fasilədə danışıb dedim ki, futbol oynamaq lazımdır. Futbol oynamasan, nəticə qazanmaq mümkün deyil”.

(pfl.az)

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right