Kadi Borgesin “Krasnodar”da maaşı bəlli olub

Rusiyanın “Krasnodar” klubunun “Qarabağ”dan transfer etdiyi Kadi Borgesin alacağı məvacib bəlli olub.

Newsport.az-ın “vedomosti.ru”ya istinadən məlumatına görə, braziliyalı futbolçunun yeni komandasında illik maaşı 2 milyon avro təşkil edəcək.

26 yaşlı oyunçu yaxın günlərdə tibbi müayinədən keçdikdən sonra “Krasnodar”la 2026-cı ilin yayınadək nəzərdə tutulan müqavilə imzalayacaq. “Qarabağ”ın bu transferdən 5 milyon avroluq gəlir götürməsi gözlənilir.

Qeyd edək ki, Kadi Borges bu mövsümün ilk yarısında “Qarabağ”ın heyətində bütün turnirlərdə keçirdiyi 31 oyunda 8 qol vurub, 11 məhsuldar ötürmə verib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right