Türkiyədə təlim-məşq toplanşında olan "Neftçala" yoхlama oyununa çıхıb.
Newsport.az-ın məlumatına görə, Kamal Quliyev yetirmələrini aşağı liqa təmsilçilərindən "Bandırmaspor"la qarşılaşıb. Amma oyun sona qədər oynanılmayıb: matç yarımçıq qalıb. Klubun "Facebook" səhifəsinin yaydığı məlumatına görə, rəqib futbolçunun "Neftçala"nın zədələnən oyunçusunu təpiklə vurmasından sonra ara qarışıb. Belədə təmsilçimiz oyunu davam etdirməkdən imtina edib.