"Emin deyirdi ki, Samir müəllim, mən burda futbol oynamaq, bunlar üçün futbol oynamaq istəmirəm"

Hazırda "Sumqayıt"ın baş məşqçisi olan Samir Abasov "Neftçi"də işlədiyi dönəmləri xatırlayıb.

Newsport.az-ın məlumatına görəRekord.az-a geniş müsahibəsində o, 2022-ci ildə "ilin futbolçusu" seçilən Emin Mahmudov haqda da danışıb.

Abasov "Neftçi"yə gələndə Eminin tamamilə futboldan küskün vəziyyətdə olduğunu bildirib: "Emin insan kimi də, futbolçu kimi də möhtəşəmdi. İlin ən güclü futbolçusu seçilməsi münasibəti ilə onu cani-könüldən təbrik edirəm. Yadımdadı, “Neftçi”yə yeni gələndə təbii olaraq, bütün futbolçularla tək-tək danışmalı idim. Təsəvvür edin, Emin sakitcə, başı aşağı oturmuşdu bir kənarda heç danışmaq istəmirdi. Deyirdi ki, "Samir müəllim, mən, ümumiyyətlə, burda futbol oynamaq istəmirəm, bunlar üçün futbol oynamaq istəmirəm". Yəni o dərəcədə. Səbəblər göstərdi ki, "o yalanlar, bu yalanlar, orda bizi belə eliyirlər, burda belə eliyirlər". Dedim, Emin saxla, indi mənəm, bundan sonra belə eləmək lazımdır. Səhv etmirəmsə, həmin vaxt millidə də De Byazi ilə problemləri çıxmışdı. Üstəlik, azarkeşlərlə də problemi var idi, üzərində təzyiq çox böyük idi. Təsəvvür edin, azarkeşlər gəlib deyirdi ki, kapitanlıq ondan alınsın, özü də komandadan getsin. O və daha 2-3 nəfər. Azarkeşlərə də deyirdik ki, səbrli olun, vaxt verək, biz istəyən olmasa, onsuz da gedəcək. Oturduq xeyli danışdıq, Eminə halal olsun ki, o ab-havaya düşmədi, ordan çıxdı. Bizim ona meydançada verdiyimiz tapşırıq sanki bütünlüklə ürəyincə idi. Ona görə ilk növbədə özü öz oyunundan həzz almağa başladı, özünə güvən qayıtdı, relsə düşdü. Bu məsələdə Eminin özünün peşəkarlığı da böyük rol oynadı. Ümumiyyətlə, tək Emin yox, həmin vaxt komandada olan əksər futbolçuların durumu oxşar idi. Kollektiv olaraq o auraya düşmüşdülər. Çempion olmusan, Namiqin getdi, Buqrinin getdi, Antonun getdi, Kanen getdi. Bunlar hamısı zərbə idi. Sonra da başlayırlar ki, niyə ikinci yeri tutmusan, bu nə oyundu".





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right