"Neftçi" bu gün qış təlim-məşq toplanışı üçün Türkiyəyə yollanıb.
Newsport.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, paytaxt təmsilçisi yanvarın 4-dən 20-dək Antalyanın Belek bölgəsində hazırlıq keçəcək.
Laurentsiu Regekampfın rəhbərlik etdiyi kollektiv Türkiyədə 4 yoxlama görüşü keçirəcək.
“Neftçi” yanvarın 10-da “Vaşaş”, 15-də “Miedz" və "Baçka Topola", 19-da isə "Srvena Zvezda" ilə üz-üzə gələcək.